Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən evlərin birindən 1300 manat dəyərində məişət əşyaları oğurlanıb.
15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xəyal Behbudov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.