Bakıda minik maşını qəzaya uğrayıb. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Hadisə Kürdəxanıda baş verib. “Opel” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq xəndəyə aşıb. Evakuator xidməti vasitəsilə nəqliyyat vasitəsi çıxarılıb.
Şahidlərin sözlərinə görə, xəsarət alan olmayıb.