Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “Rosoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Müəyyən edilməyən nəqliyyat vasitəsi adıçəkilən ərazidə 38 yaşlı Elçin Babayevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.