Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində mikroavtobus qəza törədib. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Adıçəkilən qəsəbədə “Mercedes” markalı minik avtomobili eyni markalı mikroavtobusla toqquşub. Nəticədə sonuncu zərbənin gücündən aşıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
[video width="576" height="1022" mp4="https://bakuplus.az/storage/photos/2023/05/bu-s-h-r-kurd-xanida-bas-ver-n-q-za.mp4"][/video]