Sabunçu rayonunda silah-sursat aşkarlanıb. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşlarının Kürdəxanı və Maştağa qəsəbələrində keçirdikləri profilaktik tədbirlər zamanı ərazilərdən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 40 ədəd patron və 2 ədəd patron darağı aşkar olunub.
Bundan əlavə, əvvəllər məhkum olunmuş 44 yaşlı Əşrəf Məmmədov qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, 5 ədəd patron darağı və 135 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam edir.