Nizami rayonu, Keşlə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
34 yaşlı Rəhman Qəhrəmanov aralarında yaranan mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirib. Nəticədə sonuncu xəstəxanada dünyasını dəyişib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.