Bakının Nizami rayonunda qətl ilə bitən bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Keşlə qəsəbəsində qeydə alınıb. Kababçı işləyən 31 yaşlı Anar Quliyev ilə müştəri arasında mübahisə yaranıb. Müştəri kabab alan zaman ona irad bildirib. Nəticədə sonuncu onu bıçaqlayıb.
A.Quliyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda araşdırmalar aparılır.