Bakı şəhəri Keşlə yük dəmiryol xəttində 20 yaşlı gənc faciəvi şəkildə həlak olub. Bu haqda məlumat Oxu.az paylaşıb.
Gədəbəy sakini Elfaq Rüstəmov dəmiryolunu keçərkən onu teplovoz vurub. Gənc yerindəcə keçinib. Qeyd edilir ki, hadisə nəticəsində oğlanın bədəni iki yerə bölünüb.
Faktla bağlı araşdırma aparılır.