Nizami rayonunda yanğın baş verib. Bu haqda 6 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində 5 aprel tarixində gecə vaxtı baş vermiş yanğın söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi təqribən 3000 kv.m olan sexin 600 kv.m hissəsi yanıb. Sexin böyük hissəsi, o cümlədən boya bölməsi yanğından mühafizə olunub.
Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
[caption id="attachment_39509" align="alignnone" width="800"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]