Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində marketlərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Alıbəy Abdurəhimov, Ədhəm Alubeydi və yetkinlik yaşına çatmayan daha bir nəfər adıçəkilən qəsəbə ərazisində obyektlərə daxil olaraq ümumilikdə kassa aparatı, pul, tütün məmulatları və 1 ədəd dəyəri 900 AZN olan fotoaparat oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar barədə araşdırmalar davam edir.
[caption id="attachment_91173" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]