Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həmzəliyev adıçəkilən qəsəbədəki evlərin birindən 500 AZN pul, notbuk və mobil telefon oğurlamaqda şübhəli bilinir.