Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşlı qadın itkin düşüb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə Aşıq Pəri küçəsində qeydə alınıb. 14 mart tarixində qızının evinə qonaq gələn 76 yaşlı Almaz Daşdəmirova dünən günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb.
A.Daşdəmirovanın yaddaş problemi olduğundan və Bakını yaxşı tanımadığından ünvanı tapa bilməməsi ehtimal edilir. O, itkin düşərkən əynində fotodakı geyimlər olub.
Hazırda o, polis əməkdaşları tərəfindən axtarılır.