Paytaxt ərazisində sərnişin avtobusu alovlanıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hadisə yanvarın 18-i saat 21:10 radələrində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində baş verib. Yanğın avtobusun mühərrik hissəsində baş verən qısaqapanma nəticəsində əmələ gəlib.
BNA-nın əməkdaşları alovun qarşısını ala biliblər. Əraziyə FHN-in əməkdaşları gələrək yanğını tam söndürüblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Alovlanan 163 nömrəli müntəzəm marşrut xətti üzrə avtobus “Manella” MMC-nin istismarında idi.