Bakının Sabunçu rayonunun Ləhiş bağları adlanan ərazisində ötən gün, yanvarın 18-də yanmış kişi meyiti tapılıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verir.
Prokurorluqdan verilən məlumata əsasən, mərhumun 14 yanvar tarixində itkin düşən 57 yaşlı Ə.A. olması ehtimal olunur. İlkin araşdırmalara nəticəsində kişinin özünü yandırmaqla intihar etməsinə şübhələr yaranıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.