Qaradağ rayonunda avtobus piyadanı vuraraq öldürüb. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Hadisə rayonun Lökbatan qəsəbəsində, “Meyvəli” - “Sədərək” yolunda baş verib. 32 yaşlı Sərxan Muradov yolun ortasında, qoşa xəttin üzərində dayanan zaman “Daewoo BC090” markalı avtobus onu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.