Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində kütləvi dava baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bir qrup şəxs arasında baş verən dava zamanı 2 nəfər Abşeron rayon sakini - 43 yaşlı Novruz Hüseynov və 40 yaşlı Əli Yaqubov xəsarət alıblar.
Hadisə ilə bağlı polisə məlumat daxil olub. Hazırda təfərrüatlar araşdırılır.