Qaradağ rayonunda yolun kənarında narkotik maddə aşkarlanıb. Bu haqda 4 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Lökbatan qəsəbəsi, Qobu park yaşayış kompleksində yolun kənarındakı quyuda heroin tapılıb. Ümumi çəkisi 253,552 qram olan narkotik vasitə Ədliyyə Nazirliyinin Penitensiar xidməti və DİN-in Qaradağ rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat zamanı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.