Bakının Qaradağ rayonu, Lökbatan yolunda "KamAZ" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib. Bu haqda 6 mart axşam saatlarında APA məlumat verib.
Qəza nəticəsində nəqliyyat vasitəsi aşıb, yük yerində olan mişardaşları yola dağılıb. Ərazidə nəqliyyatın hərəkətində problem yaşanıb.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər. Bir müddət sonra qapanma aradan qaldırılıb.