Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində avtomobil oğurlanıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
N.Abbasova məxsus “Daewoo” markalı nəqliyyat vasitəsini qaçıran Bakı şəhər sakinləri Z.Heybətov və M.İbrahimov Şamaxı rayonu ərazisində avtomobillə birlikdə saxlanılıblar.
Araşdırmalar davam edir.