Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, mağazaların birindən 3000 manat dəyərində oğurluq edilib.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Paşayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.