Bakının Qaradağ rayonunda iki mağazadan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Lökbatan qəsəbəsində bir mağazadan 583 manat pul, digər mağazadan isə satıcının içərisində 1124 manatı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.