Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, müxtəlif vaxtlarda “VAZ” markalı 5 avtomobildən ümumilikdə 2230 manat dəyərində geyim əşyaları, pul və 5 mobil telefon oğurlanıb.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, 35 yaşlı Z.Vəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.