Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Tahir Babayev saxlanılıb.
O, qəsəbə ərazisində bir qadının içərisində pulu olan çantasını və bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinir.