Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 17 yanvar tarixində Report məlumat verib.
39 yaşlı Bəylər Məmmədov yolu keçərkən onu avtomobil vurub. Yaralı kişi təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Ona sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.