Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində avtomobil qaçırılıb. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, sözügedən ərazidən “VAZ-2102” markalı nəqliyyat vasitəsi qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Ceyhun Hacıyev dekabrın 21-də Şirvan şəhəri ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.