Bakıda qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşovun məhkəmə prosesi yekunlaşıb. Bu haqda bu gün, 26 iyul tarixində Qafqazinfo məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dadaşov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Hadisə ötən ilin sentyabr ayında Lökbatan qəsəbəsində baş verib. İki qardaş - 23 yaşlı Kamil Cəfərov və 20 yaşlı Samir Cəfərov qohumu Sərxan Dadaşov tərəfindən mübahisə zəminində bıçaqlanmışdırlar. Onlar ağır vəziyyətdə xəstəxanaya çatdırılsalar da, Kamil Cəfərovun həyatını xilas etmək mümkün olmamışdır. Dadaşova qarşı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanmışdır.
Qətli törətməkdə şübhəli bilinən Sərxan Dadaşovun taksi sürücüsü, hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işlədikləri məlum olmuşdur.