Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığındakı dairəvi yolda qəza baş verib. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Qəza ötən gün axşam saatlarında Bakı-Qazax yolunda qeydə alınıb.
İlkin məlumata görə, süd məhsulları daşıyan "Ford Transit" markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə avtomobildə olan məhsullar yola dağılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər, zəruri tədbirlər görülüb. Sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tənzimlənib. Faktla bağlı araşdırma aparılır.