Qaradağ rayonunda mühərrik oğurlanıb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Lökbatan qəsəbəsində baş verib. Aydın Qəniyev adıçəkilən qəsəbə ərazisində bir nəfərə məxsus skuterin mühərrik hissəsini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.