Lənkəranda oğurluq edib Bakıda gizlənən şəxs saxlanılıb. Bu haqda 9 noyabr tarixində Trend xəbər verib.
Lənkəranda iki yanacaqdoldurma məntəqəsindən quldurluq cinayəti törədən Daşdatük kənd sakini Tərlan Şəfəqqətov saxlanılıb. O, oktyabrın 1-də gecə saatlarında Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisindən hədə-qorxu yolu ilə 350 manat pul və mobil telefonunu alaraq hadisə yerindən qaçıb. Bir neçə gün sonra Şəfəqqətov rayonda yerləşən digər bir yanacaqdoldurma məntəqəsinə daxil olub. Orada operator kimi çalışan şəxsdən pul tələb edib, daha sonra isə bıçaqla ona xəsarətlər yetirib.
Bakı polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Tərlan Şəfəqqətov gizləndiyi Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsindəki ünvanda saxlanılaraq istintaqa təqdim edilib.