Qaradağ rayonunda minik avtomobili mikroavtobusa çırpılıb. Bu haqda 25 iyun tarixində APA məlumat verib.
Ötən gün Ələt qəsəbəsindən Qobustan rayonu istiqamətində gedən yolda hərəkətdə olan minik avtomobili qəfil idarəetməni itirərək mikroavtobusa çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Hadisə yerinə Dövlət Yol Polisi cəlb olunub.