Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində silsilə oğurluqlar edən şəxslər tutulublar. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ələt qəsəbə sakinləri Səbuhi İsmayılov və İsmayıl İbrahimov qəsəbə ərazisində yerləşən 3 marketdən ümumilikdə 1760 AZN dəyərində tütün məmulatları, 1750 AZN dəyərində modem, eləcə də 2 ədəd prosessor, içərisində 264 AZN olan kassa aparatı və kamera oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.