Paytaxtın Nizami rayonunda avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, “Lada Priora” markalı bir avtomobildən 500 ABŞ dolları və 120 manat dəyərində ətir oğurlanıb. Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Süleymanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.