Bakıda və respublika ərazisində vətəndaşlar könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Dekabrın 20-də paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında sakinlər 2 tapança, 5 qumbara, 3 patron darağı, 146 ədəd müxtəlif çaplı patron və 11 müxtəlif markalı tüfəngi polis bölmələrinə təhvil veriblər.
Əlavə olaraq keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.