Bakıda və respublika ərazisində sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Dekabrın 21-də paytaxtda və ölkənin müxtəlif rayonlarında polis əməkdaşları avtomat və 11 müxtəlif markalı tüfəng təhvil alıblar.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.