Ölkəyə xəz-dəri məmulatlarının qanunsuz gətirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə İstinadən xəbər verir.
Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında qaçaqmalçılıqda şübhəli bilinən iki nəfər sərnişin gömrük yoxlamasına cəlb edilib.
Yoxlama zamanı Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərin yüklərindən 10 xəz-dəri məmulatı aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.