Paytaxtın Nərimanov rayonunda mühafizəçi işlədiyi şirkətdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 oktyabr tarixində APA DİN-ə istinadən məlumat yayıb.
6 oktyabr tarixində L.Yaqubov işlədiyi “GM Construction” şirkətinə məxsus 14.000 manat dəyərində dəmir dirəklər oğurlamışdır.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma davam edir.
Bundan əvvəl, 7 oktyabr tarixində Nizami və Binəqədi rayonlarında soyğunçuluq faktı qeydə alınmışdır.