Paytaxtın Nərimanov rayonunda oktyabrın 27-də 212 saylı orta məktəbin dəhlizində 11 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə şübhəli bilinən şəxs həbs olunub. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin “Əxlaqsız hərəkətlər” maddəsi ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs barəsində istintaq müddəti üçün həbs qətimkan tədbiri seçilib və o, təcridxanaya göndərilib.
Daha öncə məlum olub ki, paytaxtın Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəbin şagirdi cinsi təcavüzə məruz qalıb. Hadisənin görüntüləri məktəbin müşahidə kamerasına düşüb. Bu barədə məktəblinin atası Samir Alıyev məlumat verib. Onun sözlərinə görə, 11 yaşlı qızı dərsdən sonra məktəbin dəhlizində onu gözləyirdi. Bu zaman naməlum şəxs ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.