Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Məmmədli qəsəbəsində baş verib. Qəsəbə sakini Şahin Əliyev bir nəfəri bıçaqlamaqda şübhəli bilinərək saxlanılıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.