Bakının Sabunçu rayonu, Məmmədli qəsəbəsində kafelərin birində qumar oyunlarının aparıldığı aşkarlanıb. Bu haqda bu gün, 30 noyabr tarixlərində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oyunları təşkil etməkdə şübhəli bilinən kafe sahibi, Bakı şəhər sakini F.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.