Ötən gün, 25 iyul tarixində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Taksi sürücüsü H.Zahidov idarə etdiyi "Opel" markalı avtomobillə Ş.Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan "Changan" markalı avtomobilə çarpılıb. Hadisə nəticəsində avtoyumada çalışan kişi xəsarət alıb.
Həmin vaxt ərazidə olan və son anda ölümdən dönən şəxsin müğənni Mətin Hüseynzadə (MadTeen) olduğu məlum olub. Müğənninin rəsmisi Kənan Cəfərov bildirib ki, səhhətində problem olmasa da, M. Hüseynzadə hadisənin təsirindən çıxa bilmir:
"Hazırda vəziyyəti yaxşıdır, amma hadisənin təsirindən hələ çıxa bilməyib. Avtoyuma məntəqəsinin əməkdaşı isə ciddi xəsarətlər alıb. Başından və ayağından aldığı zədələrlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır".
[video width="480" height="240" mp4="https://bakuplus.az/storage/photos/2024/07/img_7140.mp4"][/video]