Müğənni Vəfa Ələkbərli Bakıda yol qəzasına düşüb. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Xətai rayonu, “Neapol” dairəsinin yaxınlığında qeydə alınıb. Vəfa Ələkbərlinin sükanı arxasında olduğu “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çarpılıb. Qəza nəticəsində yaralı Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər və hazırda o, xəstəxananın reanimasiya şöbəsində müalicə alır.