Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
34 yaşlı Ruslan İsgəndərov “Opel” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çarpılıb.
Qəza nəticəsində nəqliyyat vasitəsində olan 37 yaşlı sərnişin Vüsal İsmayılov hadisə yerində keçinib. Sürücü və digər iki sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.