Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən ərazidə 2 avtomobil toqquşub. Nəticədə İsgəndər Qasımov və Şəmsi Cabbarov xəsarət alıblar. Onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Təfərrüatlar araşdırılır.