Bakının Xəzər rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az xəbər verir.
Hadisə Mərdəkan - Zuğulba yolunun 8-ci km-də qeydə alınıb. “Mercedes” markalı avtomobil qəza törədib. Nəticədə nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.