Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin "Qaranquş" sanatoriyasının qarşısında ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
24 yaşlı İbrahim Həsənov "VAZ-2107" markalı avtomobili idarə edərkən 67 yaşlı Cəfər Hüseynovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işı açılıb.