Xəzər rayonunda 1 nəfər suda batıb. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Mərdəkan qəsəbəsində baş verib. Batan şəxsin ən yaxın xilasetmə məntəqəsindən 1 km aralıda olduğu bildirilir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Əlavə məlumat veriləcək.