Mərdəkan körpüsünün altında olan amortizasiya sistemi sıradan çıxıb. Bu haqda 12 fevral tarixində ATV məlumat verib.
Mərdəkan körpüsünün alt hissəsində amortizasiya sistemində nasazlıq müşahidə olunur. Mütəxəssislər bildirir ki, bu sistem körpülərdə elastikliyi təmin edir. Sistem sıradan çıxarsa və mütəmadi nəzarət olunmazsa, körpünün beton konstruksiyasında problemlər yarana bilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları mövzu ilə əlaqədar əraziyə baxış keçiriblər. Körpünün bir tərəfində amortizasiya sisteminə aid qurğunun yerindən çıxdığı məlum olub. Agentlikdən bildirilib ki, qısa zamanda problem aradan qaldırılacaq.