Xəzər rayonunda silsilə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Mərdəkan qəsəbəsində baş verib. Qazax rayon sakini olan bir yeniyetmə 2 mağazadan və 1 gözəllik salonundan ümumilikdə 1765 AZN pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinərək tutulub.
Onun barəsində araşdırmalar davam edir.