Səbail rayonunda sərnişin avtobusu qəza törədib. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az xəbər verir.
Hadisə metronun “İçərişəhər” stansiyası yaxınlığında baş verib. 31 nömrəli avtobus idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çarpılıb. Sonuncu isə yaxınlıqdakı binaya aşıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/07/bakuplus-logo-1x1_11.mp4"][/video]