Bakıda avtomobil qatarla toqquşub. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Yük qatarı “Əhmədli” stansiyasının dalan yolunda manevr edən zaman dəmir yolu xəttinə yaxın park edilmiş “Mercedes” markalı avtomobilə ilişərək onu özü ilə dartıb və ərazidə park olunmuş digər 7 maşına ziyan dəyib.
Xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_127237" align="alignnone" width="640"]
Foto Azərbaycan Dəmir Yollarının Facebook səhifəsi[/caption]